...

Azərbaycanda boşanmaların böyük əksəriyyəti xəstəliklərlə bağlı olur – komitə sədri

Cəmiyyət Materials 5 Dekabr 2011 14:01 (UTC +04:00)
Azərbaycanda nikaha girənlərdən tibbi arayışlarının alınması məcburi şəkildə həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bazar ertəsi jurnalistlərə bildirib.
Azərbaycanda boşanmaların böyük əksəriyyəti xəstəliklərlə bağlı olur – komitə sədri

Azərbaycan, Bakı, 5 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanda nikaha girənlərdən tibbi arayışlarının alınması məcburi şəkildə həyata keçiriləcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bazar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hazırda da nikaha girərkən tibbi arayışlar təqdim olunur, lakin bu, könüllülük əsasında baş verir.

Rəcəbli deyib ki, məqsəd nikaha girənlərin nikahını qadağan etmək deyil, gənclərin biri-birinin xəstəlikləri haqqında məlumatlı olmasıdır.

"Hemofiliya və talassemiya xəstəliyi olan insanlar nikaha girdikdə birmənalı olaraq uşaqlarına həmin xəstəlik keçir. Tərəflər bunu əvvəlcədən bilməlidirlər. Boşanmaların böyük əksəriyyəti xəstəliklərlə bağlı olur", - o deyib.

Son 10 ildə Azərbaycanda boşanmaların sayı 2 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti