...

Azərbaycan Təhsil Nazirliyi yoxlama və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb

Cəmiyyət Materials 5 Dekabr 2011 16:27 (UTC +04:00)
Təhsil Nazirliyi 2011/2012-ci dərs ilində ümumtəhsil məktəblərində yoxlama və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.
Azərbaycan Təhsil Nazirliyi yoxlama və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 2011/2012-ci dərs ilində ümumtəhsil məktəblərində yoxlama və buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb. Nazirlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama imtahanları gələn il 28 yanvar - 15 aprel tarixlərində keçiriləcək.

Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları gələn il 2 iyun - 23 iyun tarixlərində, peşə liseylərində tam orta təhsil səviyyəsi üzrə yoxlama imtahanları fevralın 25-də, buraxılış imtahanları isə aprelin 24-də olacaq.

Ümumtəhsil məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanları 9 bölgə üzrə keçiriləcək.

2011/2012-ci dərs ilində ümumi və tam orta təhsil səviyyələri üzrə yoxlama və buraxılış imtahanlarının keçirilməsi üçün artıq respublika ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin məlumat bazası yaradılır.

Xəbər lenti

Xəbər lenti