...

TQDK qəbul imtahanlarında fərqlənən nəzarətçi-müəllimləri təltif edib

Cəmiyyət Materials 6 Dekabr 2011 11:47 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci tədris ili üçün respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə icra etmiş nəzarətçi müəllimləri təltif edib.
TQDK qəbul imtahanlarında fərqlənən nəzarətçi-müəllimləri təltif edib

Azərbaycan, Bakı, 6 dekabr / Trend müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-2012-ci tədris ili üçün respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul imtahanlarında öz vəzifələrini yüksək səviyyədə icra etmiş nəzarətçi müəllimləri təltif edib.

Trend-in məlumatına görə, Komissiyanın sədri Məleykə Abbaszadə çərşənbə axşamı bununla bağlı kecirdiyi tədbirdə bildirib ki, builki imtahanlarda fərqlənən 636 nəzarətçi-müəllimə təşəkkür elan edilir, 28 nəzarətçi-müəllim isə TQDK-nın fəxri fərmanı ilə təltif edilir.

Abbaszadənin sözlərinə görə, nəzarətçi-müəllimlərin cəmi 10 faizi kişilərdir, qalanları qadınlardır. TQDK sədri bildirib ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ümumilikdə 5042 nəfər nəzarətçi kimi cəlb edilib. Onların 3559-u Bakı, 266-sı Sumqayıt şəhəri, 235-i Abşeron rayonu, 135-i Naxçıvan Muxtar Respublikası, qalanları isə digər rayon və şəhərlərdən cəlb edilib.

Abbaszadə qeyd edib ki, TQDK-nın bazasında 44 bölgədən 7,5 min müəllim var.

"TQDK qəbul imtahanlarını 1992-ci ildən aparır. İmtahan kütləvi prosesdir. Hər il 100 mindən çox abituriyent imtahan verir. İmtahanda idarəetməni TQDK deyil, ictimaiyyətin nümayəndələri olan nəzarətçilər aparırlar", - Komissiya sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti