...

Bakıda daha bir yolda avtomobillərin hərəkətində ləngimə yaranıb

Cəmiyyət Materials 6 Dekabr 2011 12:06 (UTC +04:00)
Bakıda daha bir yolda avtomobillərin hərəkətində ləngimə yaranıb.
Bakıda daha bir yolda avtomobillərin hərəkətində ləngimə yaranıb

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda daha bir yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov çərşənbə axşamı Trend-ə bildirib ki, təmir işi ilə əlaqədar Cəfər Xəndan küçəsindən İsgəndər Ələsgərov küçəsinədək olan yolda daralma baş verib. Bununla əlaqədar həmin yolda avtomobillərin hərəkətində ləngimə yaranıb.

Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi sürücülərdən həmin yolda təmir işləri başa çatanadək mümkün alternativ yollardan istifadə etməyi və ehtiyatlı olmağı xahiş edir.

Xəbər lenti

Xəbər lenti