...

Məleykə Abbaszadə: Magistraturaya qəbul imtahanlarının II mərhələsinin keçirilməsini ali məktəblər tələb edirlər

Cəmiyyət Materials 6 Dekabr 2011 12:29 (UTC +04:00)
Magistraturaya qəbul imtahanlarının II mərhələsinin keçirilməsini ali məktəblər tələb edirlər.
Məleykə Abbaszadə: Magistraturaya qəbul imtahanlarının II mərhələsinin keçirilməsini ali məktəblər tələb edirlər

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Magistraturaya qəbul imtahanlarının II mərhələsinin keçirilməsini ali məktəblər tələb edirlər. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı keçirdiyi tədbirdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, ali məktəblər yalnız I mərhələnin nəticələri əsasında seçim aparacaq.

TQDK sədri deyib ki, bu il də, bundan sonrakı illərdə də ali məktəblərə qəbul zamanı əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlər üzrə olacaq.

"Əsas plan yerləri dövlət sifarişli yerlər üzrədir. Bu il də, bundan sonrakı illərdə də əsas müsabiqə dövlət sifarişli yerlər üzrə olacaq. Bizdə ödənişli yerlər bu il də boş qalıb, gələcəkdə də boş qalacaq. Biz müşahidə edirik ki, insanlar bəzi ali məktəblərdə oxumaq istəmirlər", - Abbaszadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti