...

Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyalarında 1150 nəfər qan verib

Cəmiyyət Materials 6 Dekabr 2011 14:02 (UTC +04:00)
Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyalarında 1150 nəfər qan verib.
Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyalarında 1150 nəfər qan verib

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyalarında 1150 nəfər qan verib.

Trend-in Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, saat 12:30-dək 1150 nəfər qan verib ki, bunun da 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür.

Hər il olduğu kimi bu ildə Məhərrəmlik ayının onuncu günü - Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, "Təzə pir", "Bibi-Heybət", "Mir-Mövsüm ağa", "Qaraçuxur", "İçərişəhər Cümə", "Hacı Soltanəli", Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Xəbər lenti

Xəbər lenti