...

Hüseynqulu Bağırov: Azərbaycanda 20 il ərzində atmosferə atılan karbon birləşmələrinin həcmi iki dəfə azalıb

Cəmiyyət Materials 7 Dekabr 2011 15:44 (UTC +04:00)
Azərbaycanda 20 il ərzində atmosferə atılan karbon birləşmələrinin həcmi iki dəfə azalıb.
Hüseynqulu Bağırov: Azərbaycanda 20 il ərzində atmosferə atılan karbon birləşmələrinin həcmi iki dəfə azalıb

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda 20 il ərzində atmosferə atılan karbon birləşmələrinin həcmi iki dəfə azalıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda "Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazirin sözlərinə görə, 20 il əvvəl bu göstərici 60-70 milyon ton təşkil edirdisə, 2010-cu ildə bu 34 milyon tona enib.

"Bunun 17-18 milyonu nəqliyyat vasitlərinin payına düşür. Avropa bunu 2020-ci ilə qədər 20 faizə azaltmağı planlaşdırarkən, biz iqtisadi inkişaf tempimizi itirmədən artıq yarıbayarı azaltmışıq", - nazir vurğulayıb.

Bağırov deyib ki, Azərbaycanda iqtisadi inkişaf ətraf mühitə az təsirlə ötüşür.

"Əsas ekoloji problemlər əvvəldən Azərbaycana miras qalmış məsələlərdir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti