...

Qafqaz Albaniyasının mədəni irsinə dair vahid məlumat bazası yaradılacaq

Cəmiyyət Materials 8 Dekabr 2011 15:28 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə Qafqaz Albaniyasının mədəni irsinə dair vahid məlumat bazası və sayt hazırlamağı nəzərdə tutur.
Qafqaz Albaniyasının mədəni irsinə dair vahid məlumat bazası yaradılacaq

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi gələcəkdə Qafqaz Albaniyasının mədəni irsinə dair vahid məlumat bazası və sayt hazırlamağı nəzərdə tutur.

Nazirlikdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu istiqamətdə milli və beynəlxalq layihələrin dəstəklənməsi, ölkə ərazisində bütün regionlarda qədim Qafqaz Albaniyası dövrünə aid abidələrin identifikasiyası, tədqiqi, bərpası və qorunması planlaşdırılır. Eyni zamanda, Azərbaycan ərazisində mövcud olan Qafqaz Albaniyası dövrünə aid abidələrin ölkə və xaricdə tanıdılması məqsədilə təbliğat materiallarının hazırlanması, Qafqaz Albaniyası irsinə dair filmin çəkilişi və fotosərginin keçirilməsi, Qafqaz Albaniyası abidələrinin YUNESKO-nun "Dünya İrsi Siyahısı"na təqdim edilməsi və bununla bağlı beynəlxalq və yerli tədbirlərin təşkili nəzərdə tutulur.

Nazirlik beynəlxalq təşkilatlar və ikitərəfli əməkdaşlıq vasitəsilə ölkəmizin tarixi-mədəni irsinin təbliği məqsədilə 2012-ci ildə silsilə layihələrin həyata keçirilməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti