...

ATƏT-in Bakı ofisi Penitensiar Xidmət əməkdaşları üçün növbəti ixtisaslaşmış təlim keçirib

Cəmiyyət Materials 2 Mart 2012 19:19 (UTC +04:00)
ATƏT-in Bakı ofisi tərəfindən cümə günü cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün növbəti ixtisaslaşmış təlim keçirilib.
ATƏT-in Bakı ofisi Penitensiar Xidmət əməkdaşları üçün növbəti ixtisaslaşmış təlim keçirib

Azərbaycan, Bakı, 2 mart /Trend/

ATƏT-in Bakı ofisi tərəfindən cümə günü cəzaçəkmə müəssisələrinin əməkdaşları üçün növbəti ixtisaslaşmış təlim keçirilib.

Trend-in Penitensiar Xidmətin rəsmi saytına istinadən yaydığı məlumata görə, "Ünsiyyətin qurulması və fiziki qüvvənin tətbiqinin qarşısının alınması" mövzusunda ATƏT-in Bakı ofisində keçirilən təlim Xidmətin tabeliyindəki müəssisələrin məhkumlarla birbaşa təmasda olan kiçik rəis heyətinin nümayəndələri üçün nəzərdə tutulub.

Tədbirdə ekspert qismində ATƏT-in Qanunun Aliliyi şöbəsinin rəisi Monika Martinez və şöbənin əməkdaşı, hüquq məsələləri üzrə mütəxəssis Hans İnge Yorstad iştirak edib.

Xəbər lenti

Xəbər lenti