...

2 aprel məhbuslarından ikisinin saxlandığı cəzaçəkmə müəssisəsi dəyişdirilib

Cəmiyyət Materials 5 Mart 2012 12:32 (UTC +04:00)
2 aprel məhbuslarından ikisinin saxlandığı cəzaçəkmə müəssisəsi dəyişdirilib.
2 aprel məhbuslarından ikisinin saxlandığı cəzaçəkmə müəssisəsi dəyişdirilib

Azərbaycan, Bakı, 5 mart / Trend müxbir K.Zərbalıyeva/

2 aprel məhbuslarından ikisinin saxlandığı cəzaçəkmə müəssisəsi dəyişdirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Trend-ə bildirib ki, "İctimai Palata" adlandırılan qurumun bu il aprelin 2-də keçirdiyi icazəsiz aksiya ilə əlaqədar cəzalandırılan Məhəmməd Məcidli və Babək Həsənov saxlandıqları 16 saylı cəzaçəkmə müəssisəsindən 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüblər.

Sadıqovun sözlərinə görə, adıçəkilən məhkumlar Penitensiar Xidmətə dəfələrlə müraciət edərək saxlanma rejimlərindən narazılıq edib, həmin müəssisədə onların həyat və sağlamlıqları üçün təhlükə olduğunu bildiriblər.

Bununla əlaqədar Xidmətin aidiyyəti qurumları araşdırma aparıb və belə bir təhlükənin olmadığını müəyyən ediblər.

"Müəyyən edilib ki, onların həyat və sağlamlığı üçün həmin müəssisədə heç bir təhlükə yoxdur, onlara qarşı heç bir təxribat həyata keçirilə bilməz. Bununla belə onların xahişləri nəzərə alınaraq 14 saylı müəssisəyə göndəriliblər", - Sadıqov deyib.

Məhəmməd Məcidli, Babək Həsənov ötən il aprelin 2-də keçirilən qanunsuz aksiyada baş verənlərlə bağlı məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti