...

Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrəyə səfər edib

Cəmiyyət Materials 6 Mart 2012 11:49 (UTC +04:00)
Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrə şəhərinə səfər edib
Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Cenevrəyə səfər edib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Axundov/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Baş katibi H.H.Konkolevskinin dəvəti ilə İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər edib.

Trend-in çərşənbə axşamı DSMF-nin İctimaiyyətlə əlaqə sektoruna istinadən verdiyi məlumata görə, səfər zamanı ötən il Bakı şəhərində açılımış BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzinin fəaliyyəti, o cümlədən BSTA-nın siyasi dəstəyi ilə Azərbaycan Respublikasında sosial sığorta-pensiya sahəsi üzrə regional tədqiqat və tədris mərkəzinin yaradılması məsələlələri müzakirə olunub.

Daha sonra Azərbaycan nümayəndə heyəti BSTA-nın təşkilatçılığı ilə Fransanın Sent Etyen şəhərində yerləşən sosial müdafiə sahəsinin müxtəlif məsələləri üzrə ixtisaslaşmış Milli Sosial Təminat Məktəbinin işi, tədqiqat və tədris proseslərinin təşkili ilə yaxından tanış olub.

Azərbaycanda sosial sığorta-pensiya sahəsində həyata keçirilən islahatlar və əldə olunmuş nəticələrlə bağlı DSMF sədri Müslümov isveçrəli və fransalı mütəxəssislərin çoxsaylı suallarını cavablandırıb və BSTA-nın Mətbuat Xidmətinin xahişi ilə Assosiasiyanın "Uğurlu təcrübələr" proqramı çərçivəsində video müsahibə verib. Müsahibə ilə BSTA-nın veb səhifəsində tanış olmaq mümkündür.

Xəbər lenti

Xəbər lenti