...

Azərbaycanda sabah üçün gözlənilən hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 6 Mart 2012 12:27 (UTC +04:00)
Martın 7-də Abşeron yarımadasında hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda sabah üçün gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycan, Bakı, 6 mart / Trend müxbir İ.İsabalayeva/

Martın 7-də Abşeron yarımadasında hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Günün birinci yarısınadək arabir güclənən şimal küləyi əsəcək.

Şimal küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacağı gözlənilir.

Martın 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti