...

Azərbaycanda boşananların 70 faizi mülkiyyətlə bağlı problemlərlə üzləşir

Cəmiyyət Materials 7 Mart 2012 14:47 (UTC +04:00)
Hazırda Azərbaycanda boşananların 70 faizi mülkiyyət məsələsi ilə bağlı problemlərlə üzləşir.
Azərbaycanda boşananların 70 faizi mülkiyyətlə bağlı problemlərlə üzləşir

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir E.Mehdiyev/

Hazırda Azərbaycanda boşananların 70 faizi mülkiyyət məsələsi ilə bağlı problemlərlə üzləşir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

O qeyd edib ki, Azərbaycanda boşananların sayı məhz bu səbəbdən artıb.

"Boşanma zamanı əziyyət çəkən tərəf daha çox qadınlar olur. Ona görə də nikaha girənlər mülkiyyət müqaviləsi bağlamalıdırlar. Hazırda biz bunun müvafiq yolunu axtarırıq. Çünki indi bir sıra qanunlarda bu məsələ ilə bağlı müəyyən ziddiyyətlər mövcuddur", - Rəcəbli deyib.

Xəbər lenti

Xəbər lenti