...

Ermənistanın "Eurovision 2012"-də iştirakdan imtinası: məntiqsizlik və ən böyük həyasızlıq

Cəmiyyət Materials 7 Mart 2012 15:57 (UTC +04:00)
Bu gün məlum oldu ki, Ermənistan may ayında Bakıda keçiriləcək nüfuzlu "Eurovision" mahnı müsabiqəsində bu il iştirakdan rəsmən imtina edib.
Ermənistanın "Eurovision 2012"-də iştirakdan imtinası: məntiqsizlik və ən böyük həyasızlıq

Elmira Tariverdiyeva, Trend-in icmalçısı

Bu gün məlum oldu ki, Ermənistan may ayında Bakıda keçiriləcək nüfuzlu "Eurovision" mahnı müsabiqəsində bu il iştirakdan rəsmən imtina edib. Avropa Yayımlar Birliyi (EBU) erməni tərəfinin qərarından məyus olduğunu bildirib.

İlk baxışdan qeyri-adi heç nə baş verməyib. İmtina etmələrində nə var ki? Onsuz da bir sıra ölkələr bəzən EBU-nu əvvəlcədən məlumatlandırmaqla müəyyən səbəblərdən belə qərarlar qəbul edirlər. Lakin Yerevan Bakıda keçiriləcək mahnı müsabiqəsindən sadəcə imtina etməyib, erməni tərəfi bunu üstəlik yalana əsaslanan saxta vətənpərvərlik səbəbindən müsabiqədə iştirakdan imtinasına haqq qazandırmağa cəhd göstərərək təmtəraqla etdi.

Lakin hər şey haqqında sıra ilə. Hələ 2011-ci ilin oktyabrında Azərbaycan hökuməti Baş nazir Artur Rasizadənin adından EBU-ya 2012-ci ilin mayında Bakıda "Eurovision"un keçirilməsi ilə bağlı zəmanət məktubu təqdim edib. Məktubda "Eurovision 2012" müsabiqəsinə gələcək bütün qonaqların təhlükəsizliyinin, habelə viza rejiminin sadələşdirilməsinin təmin edilməsi qeyd edilirdi.

Artıq Yanvarda Ermənistan Bakıda "Eurovision 2012"-də iştirak üçün ərizəsini təqdim etdi. Həmin vaxt Yerevanı heç nə utandırmırdı. Onlar nəinki gəlməyə hazır idilər, həm də qələbə qazanacaqları barədə hədələyirdilər.

Lakin sonradan Ermənistan Bakıdakı müsabiqədə iştirakdan imtina etmək qərarına gəldi. Yerevan öz imtinasına tamamilə yaraşmayan, reallıqla heç bir əlaqəsi olmayan səbəblərlə haqq qazandırmağa çalışdı.

Yerevan bir sıra erməni müğənnilərin Ermənistanın "Eurovision 2012" mahnı müsabiqəsində iştirakının yolverilməzliyini guya azərbaycanlı snayper tərəfindən erməni əsgərin öldürülməsi ilə əlaqələndirdi. Düzdür, sonradan məlum oldu ki, əsgər bir neçə metr məsafədən, demək olar ki, yaxından öz hərbçi yoldaşı (yeri gəlmişkən, bu, ilin əvvəlindən Ermənistan ordusunda əsgərin öz hərbçi yoldaşı tərəfindən öldürüldüyü beşinci hadisədir) tərəfindən güllələnib.

Lakin Ermənistan heç nəyə baxmayaraq, bu il populyar müsabiqədə iştirakdan imtina edərək göstərdi ki, əsgərin ölümü yalnız bəhanədir. Bax bu, həqiqətən də erməni təbliğatının növbəti biabırçılığıdır - bu il "Eurovision"u qəbul edəcək Azərbaycanı ləkələməyə çalışmaq məqsədilə öz hakimiyyətinin bəhanəsinə uyan Ermənistan Müdafiə Nazirliyinin və bir sıra erməni müğənnilərin növbəti biabırçılığı.

"Eurovision" müsabiqəsi Azərbaycan və Ermənistanın xalq diplomatiyasına öz payını verə və son vaxtlar tez-tez danışılan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında tərəflərin yaxınlaşmasına kömək edə bilərdi. Nə qədər ki, Ermənistanda hakimiyyətdə yalançı vətənpərvərlər olacaq, dialoqun qurulması üzrə bütün səylər də nəticəsiz qalacaq.

Xəbər lenti

Xəbər lenti