...

Azərbaycanın elmi kitabxanası beynəlxalq kitabxana təşkilatına üzv olub

Cəmiyyət Materials 7 Mart 2012 15:40 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Beynəlxalq Kitabxana Təşkilatına üzv olub.
Azərbaycanın elmi kitabxanası beynəlxalq kitabxana təşkilatına üzv olub

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası beynəlxalq kitabxana təşkilatına üzv olub.

Trend-in çərşənbə günü AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Avropa Şurası yanında Elmi Kitabxanalar Assosiasiyasına tamhüquqlu üzvlüyə qəbul edilib.

Niderlandın Haaqa şəhərində yerləşən Avropa Elmi Kitabxanalar Assosiasiyası 1971-ci ildə Avropa Şurasının qərarı ilə yaradılıb və Avropada elmi kitabxanaları birləşdirən yeganə dövlət qurumudur.

AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanda fəaliyyət göstərən kitabxanalar arasında bu təşkilata üzv olan ilk kitabxanadır.

Xəbər lenti

Xəbər lenti