...

"Nar Mobile" Bakı Metropoliteninin bəzi stansiyalarında 3G şəbəkəsini işə salıb

Cəmiyyət Materials 9 Mart 2012 12:12 (UTC +04:00)
"Nar Mobile" mobil rabitə operatoru Bakı Metropoliteninin bəzi stansiyalarında 3G şəbəkəsini işə salıb.
"Nar Mobile" Bakı Metropoliteninin bəzi stansiyalarında 3G şəbəkəsini işə salıb

Azərbaycan, Bakı, 9 mart / Trend, müxbir H.Vəliyev/

"Nar Mobile" mobil rabitə operatoru Bakı Metropoliteninin bəzi stansiyalarında 3G şəbəkəsini işə salıb. Bu barədə cümə günü Trend-ə şirkətin biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

"2G xidmətlərinə əlavə olaraq "Nar Mobile"ın abonentləri "Sahil", "Nəsimi", "28 May", "Memar Əcəmi", "Azadlıq" və "Dərnəgül" stansiyalarında yüksək sürətli mobil qoşulmalardan istifadə edə biləcəklər", - Nəsrullayeva deyib.

Bakı Metropoliteni ictimai nəqliyyatın ən çox istifadə olunan növlərindən biridir və bu gün ilk dəfə olaraq "Nar Mobile" abonentləri yeraltı nəqliyyatda 3G xidmətlərindən istifadə edə, İnternet resurslarına baxa, poçtdan və sosial şəbəkələrdən istifadə edə, eləcə də iri kontent yükləyə bilərlər.

"Metroda bu xidmətlərin genişlənməsi şirkətin "Evrovision-2012" mahnı müsabiqəsinə hazırlığının tərkib hissəsidir. Maya kimi bizim şəbəkəni seçən paytaxtımızın qonaqları yaxşı keyfiyyətli genişzolaqlı mobil qoşulmalardan zövq alacaqlar ki, bu da onların Azərbaycanda olmalarını daha komfortlu edir", - Nəsrullayeva deyib.

Maya kimi 3G xidmətləri təkcə Bakı Metropoliteninin bütün stansiyalarında deyil, habelə yeraltı nəqliyyatın tunellərində də açılacaq.

"Nar Mobile"ın nümayəndəsinin sözlərinə görə, bu gün öz mobil qurğularında yüksəksürətli internetə çıxışa malik olmaq üçün 3G xidmətlərindən getdikcə daha çox adam istifadə edir. 3G xidmətlərindən müntəzəm olaraq "Nar Mobile"ın 400 mindən çox abonenti yararlanır. "Nar Mobile"ın 3G şəbəkəsində məlumatların ötürülməsi sürəti 14,4 Mbit/saniyəyə çatır.

"Nar Mobile" şəbəkəsinin genişlənməsinə və modernləşdirilməsinə 85 milyon dollar sərmayə qoyulub. İşlər başa çatdıqdan sonra şirkətin 3G şəbəkəsi respublikada ən şaxələnmiş şəbəkə olacaq, bütün şəhərləri əhatə edəcək və genişzolaqlı mobil qoşulmaları hamı üçün əlçatan edəcək. Maya planlaşdırılan şəbəkənin modernləşdirilməsinin tamamlanmasından sonra şirkət Azərbaycanda 4G şəbəkəsini də işə salacaq", - Nəsrullayeva deyib.

Xəbər lenti

Xəbər lenti