...

Həftənin sonuna kimi Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Cəmiyyət Materials 9 Mart 2012 12:11 (UTC +04:00)
Həftənin son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.
Həftənin sonuna kimi Azərbaycanda qarlı hava şəraiti davam edəcək

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir İ.İsabalayeva/

Həftənin son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, martın 10-da Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Gün ərzində arabir güclənən şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti