...

Bakıda gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək üçün beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 9 Mart 2012 14:18 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə martın 11-də Bakıda "Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)" beynəlxalq proqram üzrə "SİFE SİLK ROAD" liderlərin beynəlxalq konfransı işinə başlayacaq.
Bakıda gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək üçün beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 9 mart / Trend müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə martın 11-də Bakıda "Tələbələr azad sahibkarlıq fəaliyyətində (SİFE)" beynəlxalq proqram üzrə "SİFE SİLK ROAD" liderlərin beynəlxalq konfransı işinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nazirliyin mətbuat xidmətindən bildirilib.

"SİFE SİLK ROAD" liderlərin beynəlxalq konfransında Rusiya, Azərbaycan, Qazaxstan, Qırğızstan və Tacikistan komandaları, o cümlədən "SİFE Worldwide" beynəlxalq təşkilatının prezidenti Elvin Rohrs və onun müavinlərinin iştirakı nəzərdə tutulub.

Beynəlxalq konfrans çərçivəsində region ölkələrini təmsil edən tələbə komandaları həyata keçirilən layihələrə dair təqdimatlar aparacaq və SİFE proqramının qlobal prioritet istiqamətləri üzrə birgə layihələrini hazırlayacaqlar.

Konfrans zamanı "Biznes liderlərin gənclərlə görüşü" forumu keçiriləcək və müzakirə olunacaq əsas mövzu gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluq imkanlarının artırılması olacaq. Tədbirin son günündə region ölkələrini təmsil edən 20 ali təhsil məktəbinin SİFE komandaları öz aralarında əməkdaşlıq haqqında memorandum imzalayacaqlar.

"SİFE" dünyanın 39 ölkəsinin 1600 universitetini və 50 mindən artıq tələbəsini özündə birləşdirən beynəlxalq proqramdır.

SİFE proqramı üzrə yarışların keçirilməsində əsas məqsəd sahibkarlıq fəaliyyətinə gəncləri təşviq etmək, azad sahibkarlığın ideyasını tələbələr arasında təbliğ etmək, tələbələrin təşkilatçılıq, idarəçilik və komandada işləmək bacarıqlarını inkişaf etdirməkdir.

Xəbər lenti

Xəbər lenti