...

Jurnalistlər üçün yazı müsabiqəsi elan edilib

Cəmiyyət Materials 12 Mart 2012 12:29 (UTC +04:00)
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi" jurnalistlər üçün yazı müsabiqəsi elan edib.
Jurnalistlər üçün yazı müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İ.İsabalayeva/

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi "Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi" jurnalistlər üçün yazı müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bunu "Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi"nin səhiyyə kommunikasiyası üzrə proqram meneceri Ayla Ələsgərova Ümumdünya Səhiyyə Təşkilatı, USAİD və Vərəm Əleyhinə Milli Proqramın birgə təşkilatçılığı ilə 24 mart - Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar keçirilən tədbirdə bildirib.

O deyib ki, müsabiqə "Vərəmlə bağlı stiqmaya qarşı mübarizə" mövzusunda keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər avqustun 1-dək yazılarını təqdim edə bilərlər.

Müsabiqənin nəticələri avqustun sonunda açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti