...

Tehranda İrana Oskar mükafatı qazandırmış rejissor üçün təşəkkür mərasimi ləğv olunub

Cəmiyyət Materials 12 Mart 2012 13:54 (UTC +04:00)
Tehranda bu il Oskar mükafatı qazanmış iranlı rejissor Əsğər Fərhadi üçün təşkil olunacaq təşəkkür mərasimi ləğv olunub. Trend-in məlumatına görə, Bu barədə İLNA agentliyi xəbər verir.
Tehranda İrana Oskar mükafatı qazandırmış rejissor üçün təşəkkür mərasimi ləğv olunub

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir T.Cəfərov/

Tehranda bu il Oskar mükafatı qazanmış iranlı rejissor Əsğər Fərhadi üçün təşkil olunacaq təşəkkür mərasimi ləğv olunub. Trend-in məlumatına görə, Bu barədə İLNA agentliyi xəbər verir.

Məlumata əsasən, bu mərasim İran Kino Rejissorları Birliyi və Kino Prodüserləri Ali Şurası tərəfindən təşkil olunaraq bu gün yerli vaxtla saat 14:00-dan 17:00-dək Şəms Eyvanı adlanan sarayda keçirilməli idi. İranın İslami İrşad və Mədəniyyət Nazirliyi mərasimin keçirilməsinə icazə verməyib və buna görə də mərasim ləğv olunub.

Əsğər Fərhadi "Nadirin Simindən Ayrılığı" adlı filmlə Oskar mükafatından başqa, həmçinin 2011-ci ildə Qızıl Qlobus mükafatını, Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film nominasiyasında Qızıl Ayı, ən yaxşı aktyor və ən yaxşı aktrisa nominasiyasında Gümüş Ayı mükafatı qazanıb.

Xəbər lenti

Xəbər lenti