...

Azərbaycanın cənub bölgəsində 14-16 yeni sürüşmə əraziləri aşkarlanıb

Cəmiyyət Materials 12 Mart 2012 13:48 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsində 14-16 yeni sürüşmə əraziləri aşkarlanıb.
Azərbaycanın cənub bölgəsində 14-16 yeni sürüşmə əraziləri aşkarlanıb

Azərbaycan, Bakı, 12 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın cənub bölgəsində 14-16 yeni sürüşmə əraziləri aşkarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bazar ertəsi Trend-ə deyib ki, həmin ərazilər Astara, Lerik, Yardımlı, Lənkəran, Cəlilabad rayonlarındadır. Sürüşmə əraziləri artıq müəyyənləşdirilib və ərazidə tədqiqatlar, dövrü müşahidələr aparılır. Bu sürüşmələr bilavasitə təbii amillər nəticəsində baş verib.

Niftiyev bildirib ki, sürüşmələrin baş verdiyi ərazilər dağlıq kənd əraziləridir. Həmin ərazilərdə fərdi yaşayış evləri var. Amma hələ havalar çox yağıntılı keçmədiyi üçün böyük təhlükə törədə biləcək aktivləşmələr müşahidə edilmir.

Niftiyevin sözlərinə görə, şimal bölgəsində də böyük sürüşmə sahələri var.

"İndi bizim şimal bölgəsi ilə bağlı böyük narahatlığımız var. Amma hazırda qar örtüyü olduğu üçün ərazilərdə heç bir tədqiqatlar apara bilmirik", - baş mühəndis əlavə edib.

O bildirib ki, sürüşmə əraziləri Quba, Qusar, İsmayıllı, Şamaxı rayonlarında var.

Xəbər lenti

Xəbər lenti