...

İDEA kampaniyası "IDEA mühazirələri" layihəsinin icrasına başladı (FOTO)

Cəmiyyət Materials 15 Mart 2012 10:56 (UTC +04:00)
İDEA kampaniyası "IDEA mühazirələri" layihəsinin icrasına başladı (FOTO)
İDEA kampaniyası "IDEA mühazirələri" layihəsinin icrasına başladı (FOTO)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İsabalayeva/

2011-ci il iyulun 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış İDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası Azərbaycanın təhsil müəssisələrində ekologiya və dayanaqlı inkişaf mövzuları üzrə mühazirələrin təşkilini nəzərdə tutan layihənin icrasına başlayıb.

Trend-in kampaniyanın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında layihənin ilk mühazirəsi keçirilib. Mühazirəçi ABŞ-ın İndiana Universitetinin professoru Rendal Beyker Dövlət İdarəçilik Akademiyasının tələbələrinə elm və dayanaqlı inkişafın problemləri haqqında mühazirə oxuyub.

Mühazirədə iştirak edən Akademiyanın rektoru, professor Urxan Ələkbərov İDEA kampaniyasının təşəbbüsünü yüksək qiymətləndirərək, tədbirin keçirilməsinə öz töhvəsini verən akademiyanın Tələbə Gənclər Təşkilatına, o cümlədən mühazirəçi, professor Rendal Beykerə minnətdarlığını bildirib.

Mühazirənin son hissəsi sual-cavab formatına uyğun olaraq interaktiv keçirilib və tələbələr tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Qeyd edək ki, İDEA kampaniyası layihə çərçivəsində Azərbaycanın digər universitetlərində də oxşar mühazirələrin keçirilməsini planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti