...

Azərbaycanda bu ildən QHT-lərin sosial sifarişləri həyata keçirməsi qanunvericiliklə tənzimlənə bilər

Cəmiyyət Materials 15 Mart 2012 17:04 (UTC +04:00)
Azərbaycanda bu il dövlət qurumları tərəfindən qeyri-hökumət təşkilatlarına sosial sifarişlərin verilməsi qanunvericiliklə tənzimlənə bilər.
Azərbaycanda bu ildən QHT-lərin sosial sifarişləri həyata keçirməsi qanunvericiliklə tənzimlənə bilər

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu il dövlət qurumları tərəfindən qeyri-hökumət təşkilatlarına sosial sifarişlərin verilməsi qanunvericiliklə tənzimlənə bilər.

Azərbaycan Milli Məclisi ilə birgə "Sosial sifariş haqqında" qanun layihəsinin hazırlıqlarını həyata keçirən Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli Trend-ə bildirib ki, həmin qanun qəbul olunduqdan sonra QHT-lərin hökumətlə əməkdaşlığı yeni müstəviyə keçəcək.

Onun sözlərinə görə, bəzi nazirliklər var ki, bu gün də QHT-lər üçün qrantlar ayırır, həyata keçirilən layihələrin bir hissəsini onlara ötürürlər və bu praktika digər qurumlarda da tətbiq olunmalıdır.

Rəhimli qeyd edib ki, hazırda QHT-lərin bir çoxu pərakəndə və xarici donorların dəstəyi ilə fəaliyyət göstərirlər.

"Sosial sifariş haqqında" qanun layihəsinin bu il ərzində hazırlanması gözlənilir.

İttifaq rəhbəri, həmçinin Azərbaycanda artıq qəbul olunan "Sosial xidmət haqqında" qanunun QHT-lərin fəaliyyətinə müsbət mənada təsir edəcəyini vurğulayıb. Eyni zamanda, o qeyd edib ki, artıq həmin qanunla nəzərdə tutulan sosial işçilər və sosial xidmətçilərə təlimlərin keçirilməsi, onlar üçün təlimatların, əsasnamənin hazırlanması həyata keçirilməlidir.

"Əsas məsələ bütün bu işlərin dövlət tərəfindən sistemli olaraq həyata keçirilməsidir", - Rəhimli qeyd edib.

Xəbər lenti

Xəbər lenti