...

ARDNŞ "Eurovision 2012"-nin rəsmi tərəfdaşı seçilib

Cəmiyyət Materials 16 Mart 2012 17:25 (UTC +04:00)
Avropa Yayımlar Birliyi (AYB) dünyanın aparıcı ölkələrindən olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (ARDNŞ) paytaxt Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı elan edib.
ARDNŞ "Eurovision 2012"-nin rəsmi tərəfdaşı seçilib

Azərbaycan, Bakı, 16 mart /Trend/

Avropa Yayımlar Birliyi (AYB) dünyanın aparıcı ölkələrindən olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətini (ARDNŞ) paytaxt Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı elan edib. Bu barədə Trend cümə günü eurovision.tv saytına istinadən xəbər verir.

"Biz ARDNŞ-ni bu il Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin rəsmi tərəfdaşı elan etməyə çox şadıq. Biz qarşıdan gələn aylarda əməkdaşlığımıza və may ayında şirkətin dəstəyi ilə möhtəşəm müsabiqənin keçiriləcəyinə ümid edirik", - AYB-nin "Eurovision TV"nin direktoru Jorqan Frank bildirib.

ARDNŞ Azərbaycanda neft və qaz hasilatı və emalı, habelə yerli və beynəlxalq bazarlarda neft və neft məhsullarının satışı üzrə fəaliyyət göstərir.

"ARDNŞ Azərbaycanda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsinin əsas tərəfdaşlarından biri olmağa çox şaddır. Biz müsabiqəni ən yüksək səviyyədə keçirmək və ölkəmizin qonaqları və iştirakçıların Bakıda keçirəcəyi günlərdən tam razı qalmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik", - ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

Xatırladaq ki, Azərbaycanın ev sahibliyi ilə keçirilən 57-ci "Eurovision" mahnı müsabiqəsində 42 ölkə təmsil olunur. Mayın 22 və 24-də müsabiqənin yarımfinal mərhələləri, mayın 26-da isə finalı olacaq.

Xəbər lenti

Xəbər lenti