...

Bakıya güclü qar yağır (FOTO)

Cəmiyyət Materials 17 Mart 2012 11:20 (UTC +04:00)
Hazırda Bakıya güclü qar yağır.
Bakıya güclü qar yağır (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

Hazırda Bakıya güclü qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün ölkədə qeyri-sabit hava şəraiti davam edəcək.

Gün ərzində Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı, axşam tədricən kəsiləcəyi proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti