...

Tehran xəstəxanalarının 80 faizindən çoxu köhnəlib - Səhiyyə Nazirliyi

Cəmiyyət Materials 17 Mart 2012 15:44 (UTC +04:00)
Tehran xəstəxanalarının 80 faizindən çoxu köhnəlib, ən yenisi təqribən yeddi il əvvəl tikilib.
Tehran xəstəxanalarının 80 faizindən çoxu köhnəlib - Səhiyyə Nazirliyi

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir F.Milad, E.Tariverdiyeva/

Tehran xəstəxanalarının 80 faizindən çoxu köhnəlib, ən yenisi təqribən yeddi il əvvəl tikilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Mehr" agentliyinə İranın səhiyyə naziri Mərziyyə-Vəhid Dəstgerdi bildirib.

"Tehran xəstəxanalarının pasiyentlərinin 70 faizindən çoxu digər şəhərlərdən gələnlərdir", - nazir deyib.

Onun sözlərinə görə, hazırda xəstəxana fondu 35 min çarpayıdan ibarətdir və ölkə hər həftə yeni xəxtəxanalar açmağa çalışır. Nazir qeyd edib ki, ötən il təqribən 18 min xəstəxana çarpayısı qoyulub, gələcəkdə daha 77 min yerin açılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti