...

Bakıda intellektual oyunlar üzrə beynəlxalq yarış keçiriləcək

Cəmiyyət Materials 19 Mart 2012 12:09 (UTC +04:00)
Martın 23-dən 25-dək Bakıda ilk dəfə olaraq intellektual oyunlar üzrə "Xəzər kuboku"("Caspian Cup") beynəlxalq turniri təşkil ediləcək.
Bakıda intellektual oyunlar üzrə beynəlxalq yarış keçiriləcək

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir E.Mehdiyev/

Martın 23-dən 25-dək Bakıda ilk dəfə olaraq intellektual oyunlar üzrə "Xəzər kuboku"("Caspian Cup") beynəlxalq turniri təşkil ediləcək.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyi və "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyi tərəfindən təşkil olunan yarışda bilik və bacarıq tələb olunan müxtəlif intellektual oyunlar keçiriləcək.

Həmin oyunların sırasında ənənəvi "Nə? Harada? Nə zaman?", "Fərdi oyun" və" Breyn-ring" oyunları ilə yanaşı, "Xəmsə" milli intellektual oyunu üzrə ilk beynalxalq yarış da olacaq.

Yarışda Gürcüstandan, Rusiya Federasiyasından, Ukraynadan, Qazaxstandan, İsraildən, Özbəkistandan, Türkmənistandan və Azərbaycandan 50-yə yaxın komanda iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti