...

Azərbaycanda həftəsonu hava əsasən yağmursuz olacaq

Cəmiyyət Materials 23 Mart 2012 12:43 (UTC +04:00)
Martın 24-25-də ölkə ərazisində hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcək.
Azərbaycanda həftəsonu hava əsasən yağmursuz olacaq

Azərbaycan, Bakı, 23 mart /Trend/

Martın 24-25-də ölkə ərazisində hava şəraiti nisbətən sabit, əsasən yağmursuz keçəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 2-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-7 dərəcə, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti