...

Bakı sakinlərinə şad xəbər

Cəmiyyət Materials 25 Mart 2012 14:27 (UTC +04:00)
Azərbaycanda həftənin ilk günündə hava mülayim keçəcək.
Bakı sakinlərinə şad xəbər

Azərbaycan, Bakı, 25 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda həftənin ilk günündə hava mülayim keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə bildiriblər ki, martın 26-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman olacağə gözlənilir. Axşam hava tutqun olacaq. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Martın 25-də mülayim şimal küləyi 26-da arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, axşam bəzi şimal və qərb rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 15-19° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 6-11° şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti