...

Azərbaycanın yol polisindən xəbərdarlıq: Magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Cəmiyyət Materials 26 Mart 2012 12:04 (UTC +04:00)
Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar olaraq, İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Azərbaycanın yol polisindən xəbərdarlıq: Magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ağsu aşırımında baş verən sürüşmə ilə əlaqədar olaraq, İsmayıllı-Ağsu aşırımı yolunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, sürüşmə ilə əlaqədar olaraq, bu gündən həmin yolda hərəkət məhdudlaşdırılıb.

İdarə sürücülərdən alternativ yollardan - Muğanlı-İsmayıllı və Bakı-Qazax yolunun Kürdəmirdən keçən hissəsindən istifadə etmələrini tövsiyə edir.

Yolda hərəkətin məhdudlaşdırılması təmir işləri başa çatana qədər davam edəcək.

Qeyd edək ki, Şamaxının Muğanlı kəndindən başlayaraq Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-133-cü km-liyində (Muğanlı kəndi ərazisində) yol tamamilə çöküb. Həmin avtomobil yolunun Ağsu aşırımı ərazisində - 140, 141, 142, 146 km-lərində sürüşmələr olduqca aktivləşib, yollarda çatlar yaranıb, Muğanlı kəndinin girəcəyində sürüşmə yolu çökdürüb.

Xəbər lenti

Xəbər lenti