...

Sabahdan Bakıda külək nisbətən zəifləyəcək

Cəmiyyət Materials 27 Mart 2012 12:50 (UTC +04:00)
Bakıda qeyri-sabit hava şəraiti martın 28-i gündüzədək davam edəcək.
Sabahdan Bakıda külək nisbətən zəifləyəcək

Azərbaycan, Bakı, 27 mart / Trend müxbir İ.İsabalayeva/

Bakıda qeyri-sabit hava şəraiti martın 28-i gündüzədək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, martın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, gündüz kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti