...

Azərbaycanda elektron yolla peşə təhsili almaq mümkün olacaq

Cəmiyyət Materials 27 Mart 2012 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İsabalayeva/

Gələcəkdə Azərbaycanda elektron yolla peşə təhsili almaq mümkün olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Təhsil Nazirliyindən məlumat veriblər.

Elektron peşə təhsilinin www.avel.edu.az saytı vasitəsilə reallaşdırılması nəzərdə tutulur. Hazırda həmin saytda peşə almaq imkanının artırılması məqsədilə dövlət sifarişi ilə hazırlanan dərsliklərin elektron variantları, videodərslər, animasiya, özünüqiymətləndirmə vasitələri (test, suallar, tapşırıqlar) və s. də yerləşdirilib.

Nazirlikdən bildirilib ki, ilk mərhələdə bütün ixtisaslar üzrə elektron peşə təhsili almaq mümkün olmayacaq. Elektron peşə təhsili müəyyən ixtisaslar üzrə pilot seçilmiş müəssisələrdə tətbiq ediləcək. Elektron peşə təhsili alan şəxslərə veriləcək təhsil sənədi adi qaydada peşə təhsili alanlara verilən sənədlə eyni hüquqi qüvvədə olacaq.

Hazırda isə elektron peşə təhsilinin tətbiqi üzərində iş aparılır. Elektron peşə təhsilinin tətbiqi üçün "Distant təhsil haqqında" qanun layihəsinin qəbulu da vacib hesab edilir.

Xəbər lenti

Xəbər lenti