...

Bakıda yolları özbaşına məhdudlaşdıranlara qarşı reydlərə başlanılacaq

Cəmiyyət Materials 28 Mart 2012 10:52 (UTC +04:00)
Bakı Polisi yolları özbaşına məhdudlaşdıranlara qarşı reydlərə başlayacaq.
Bakıda yolları özbaşına məhdudlaşdıranlara qarşı reydlərə başlanılacaq

Azərbaycan, Bakı, 28 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakı Polisi yolları özbaşına məhdudlaşdıranlara qarşı reydlərə başlayacaq. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təşkili şöbəsinin rəisi Vasif İslamov məlumat verib.

İslamov bildirib ki, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında özbaşına avadanlıqların quraşdırılması, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulması və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla məhdudlaşdırılması, çadrların qurulması inzibati xəta hesab olunur.

Belə halların aradan qaldırılması üçün yol polisi paytaxt ərazisində kütləvi reydlərə başlayacaq.

Şöbə rəisi deyib ki, yolların özbaşına məhdudlaşdırılması, yollara avadanlıqların quraşdırılması İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsi ilə inzibati xətadır və həmin xətaya görə inzibati məsuliyyət nəzərdə tutulur.

Bu xətaya yol verən fiziki şəxslər səksən manatdan yüz, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz, hüquqi şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə ediləcəklər.

Xəbər lenti

Xəbər lenti