...

Bakının daha bir yolayrıcında rəqəmli işıqfor quraşdırılıb

Cəmiyyət Materials 29 Mart 2012 12:04 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində sayca beşinci rəqəmli işıqfor quraşdırılıb.
Bakının daha bir yolayrıcında rəqəmli işıqfor quraşdırılıb

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakının daha bir yolayrıcında rəqəmli işıqfor quraşdırılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində sayca beşinci rəqəmli işıqfor quraşdırılıb.

Əsədovun sözlərinə görə, bundan öncə Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin, Rəşid Behbudov küçəsi ilə Zərifə Əliyeva küçəsinin, Puşkin və Üzeyir Hacıbəyov küçələrinin, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişmələrində rəqəmli işıqforlar quraşdırılıb.

Yol hərəkətində sürücülərin keçmə növbəliliyinin tənzimlənməsi, ləngimələr və tıxacların yaranmaması məqsədilə quraşdırlan rəqəmli işıqforların paytaxtın hərəkətin intensiv olduğu digər küçə və prospektlərdə də qoyulması prosesi davam etdirilir.

Əsədov bildirib ki, paytaxt ərazisində quraşdırılacaq rəqəmli işıqforların ümumi sayı hələlik müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti