...

Bakıda təmirə bağlanan daha bir küçə açılır

Cəmiyyət Materials 29 Mart 2012 12:08 (UTC +04:00)
Bakıda təmirə bağlanan Şərifzadə küçəsinin bu gün açılması gözlənilir.
Bakıda təmirə bağlanan daha bir küçə açılır

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Bakıda təmirə bağlanan Şərifzadə küçəsinin bu gün açılması gözlənilir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Yasamal rayonu ərazisində Şərifzadə küçəsində yolun "Günəş Petrol" yanacaqdoldurma məntəqəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasına qədər olan hissəsində sağ hərəkət zolağı yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar olaraq bir neçə gün idi bağlanmışdı.

Onun sözlərinə görə, həmin yola asfalt örtüyünün çəkilməsi başa çatıb, hazırda yolun nişanlanması aparılır.

Əsədov yolun günün sonunadək açılacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti