...

Bakıda Rusiya Kinosu Günləri keçiriləcək

Cəmiyyət Materials 29 Mart 2012 15:05 (UTC +04:00)
Aprelin 2-dən 6-dək Bakıdakı Nizami Kino Mərkəzində Rusiya Kinosu Günləri keçiriləcək.
Bakıda Rusiya Kinosu Günləri keçiriləcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 2-dən 6-dək Bakıdakı Nizami Kino Mərkəzində Rusiya Kinosu Günləri keçiriləcək.

Trend-in cümə axşamı Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya Kinosu Günlərinin tədbir proqramı Rusiya Kinosunun İnkişafına Yardım Fondu ilə birgə yaradılıb. Tədbir proqramına son illərdə istehsal edilmiş müxtəlif janrlara aid beş film daxil edilib.

Kino həftəsi aprelin 2-də saat 19:00-da "İngilis sahil küçəsində ev" filmi ilə açılacaq. Digər günlərdə "Cənab Qolovlyovlar", "On qış", "Qaydasız" və "İspaniyalı" bədii filmləri nümayiş olunacaq.

Kino proqramını Rusiya Kinosunun İnkişafına Yardım Fondunun idarə heyətinin sədri, Avrasiya Televiziya və Radio Akademiyasının üzvü Mixail Alekseyev təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti