...

Vladimir Putin Rostropoviçin abidəsinin açılışında iştirak edib

Cəmiyyət Materials 29 Mart 2012 17:17 (UTC +04:00)
Bu gün Moskvanın mərkəzində, Bryusov və Yelisey döngələrinin kəsişməsində Mstislav Rostropoviçin abidəsinin təntənəli açılışı olub.
Vladimir Putin Rostropoviçin abidəsinin açılışında iştirak edib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Bu gün Moskvanın mərkəzində, Bryusov və Yelisey döngələrinin kəsişməsində Mstislav Rostropoviçin abidəsinin təntənəli açılışı olub. Bu hadisə maestronun 85 illik yubileyinə və III Beynəlxalq Mstislav Rostropoviç Festivalına həsr edilib. Bu barədə cümə axşamı Trend "Rossiya 24" telekanalına istinadən məlumat verir.

Açılış mərasimində Rusiyanın Baş naziri Vladimir Putin iştirak edib.

"Belə insanlar, şübhəsiz, ölkəmizin fəxri olub və olmaqdadır. O, təkcə heyrətamiz musiqiçi deyil, həm də görkəmli humanist və sadəcə gözəl insan olub, - Putin deyib. - Mən fəxr edirəm ki, Rostropoviçlə tanış olmuşam".

Hökumət başçısının fikrincə, bu gün abidənin açılması heç şübhəsiz paytaxtı bəzəyəcək. "Putin, həmçinin musiqiçinin həyat yoldaşı Qalina Vişnevskayanı əmin edib ki, Mstislav Rostropoviçin Mədəni İrsi Mərkəzinin yaradılmasına dəstək veriləcək", - İTAR-TASS məlumat verir.

Abidə üçün yer təsadüfən seçilməyib. Mstislav Leopoldoviç Bryusov döngəsini çox sevirdi, o, burada həyat yoldaşı və qızları ilə Bəstəkarlar Evində yaşayırdı. Musiqiçinin qızı Olqa Rostropoviç xatırlayır ki, o, hər gün bu döngə ilə Moskva Konservatoriyasına gedirdi. "Burada mənimlə və bacımla Voskreseniya Slovuş kilsəsini ziyarət edirdi", - qızı deyib.

Mərasimdən sonra Vladimir Putin və digər qonaqlar abidəyə gül dəstələri qoyublar.

Xəbər lenti

Xəbər lenti