...

Dövlət İdarəçilik Akademiyasında könüllü qanvermə aksiyası keçirilib

Cəmiyyət Materials 4 Aprel 2012 16:51 (UTC +04:00)
Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümumdünya Sağlamlıq Günü münasibətilə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün "Qan ver, yaşat!" devizi altında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə Trend-ə Akademiyadan bildiriblər.
Dövlət İdarəçilik Akademiyasında könüllü qanvermə aksiyası keçirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Ümumdünya Sağlamlıq Günü münasibətilə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün "Qan ver, yaşat!" devizi altında könüllü qanvermə aksiyası keçirilib. Bu barədə Trend-ə Akademiyadan bildiriblər.

Aksiya DİA-nın Tələbə Gənclər Təşkilatı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunub.

İlkin olaraq iştirakçılara qan donoru olmanın faydaları haqqında məlumat verilib. Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının mobil işçi qrupu tərəfindən həyata keçirilən aksiyada müəllimlər və tələbələr könüllü donor olaraq qan veriblər.

Aksiyanın məqsədi tələbələri donor olmağa sövq etmək və respublikanın qan bankına və talassemiyadan əziyyət çəkən xəstələrə yardım etməkdir.

Xəbər lenti

Xəbər lenti