...

Azərbaycanda ötən il 700-ə yaxın dövlət qulluqçusu cəzalandırılıb

Cəmiyyət Materials 5 Aprel 2012 16:48 (UTC +04:00)
Ötən il Azərbaycanda etik davranış qaydalarını pozan 679 dövlət qulluqçusu barədə intizam tənbehi tətbiq olunub.
Azərbaycanda ötən il 700-ə yaxın dövlət qulluqçusu cəzalandırılıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycanda etik davranış qaydalarını pozan 679 dövlət qulluqçusu barədə intizam tənbehi tətbiq olunub.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, intizam tənbeh tədbirlərindən 619-u mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusu barədə tətbiq edilib.

İntizam tənbeh tədbirlərinin çox hissəsi "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 16-cı (əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması ilə bağlı, digər hissəsi isə "Dövlət qulluğu haqqında" qanunun 20-ci (dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər), "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 7-ci (ictimai etimad) və 9-cu (mədəni davranış) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Tətbiq edilmiş 619 intizam tənbeh tədbirindən 541-i töhmət, 32-si dövlət qulluğundan azad edilmə, 24-ü isə vəzifə maaşının azaldılması növündə olub.

Hesabat dövründə yerli icra hakimiyyəti orqanlarında "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun müddəalarını pozan 60 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 39-u töhmət, 21-i dövlət qulluğundan azad edilmə növündə olub.

Həmin orqanlarda tətbiq edilmiş intizam tənbeh tədbirlərinin çox hissəsi "Dövlət qulluğu haqqında" qanunun 18-ci (dövlət qulluqçusunun əsas vəzifələri) maddəsinin tələblərinin pozulması ilə bağlı, digər hissəsi isə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunun 9-cu (mədəni davranış), 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi), 11-ci (qərəzsizlik), 8-ci (insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət) maddələrinin tələblərinin pozulması ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti