...

Azərbaycanda tibbi fəaliyyətə görə lisenziya alanlar üçün yeni xidmətin tətbiqinə başlanılıb

Cəmiyyət Materials 24 Aprel 2012 16:36 (UTC +04:00)
Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər artıq lisenziya almaq üçün elektron ərizələrlə müraciət edə bilərlər.
Azərbaycanda tibbi fəaliyyətə görə lisenziya alanlar üçün yeni xidmətin tətbiqinə başlanılıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər artıq lisenziya almaq üçün elektron ərizələrlə müraciət edə bilərlər.

Bu barədə çərşənbə axşamı Trend-ə Səhiyyə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən bildirilib ki, bunun üçün lisenziya almaq istəyənlər Səhiyyə Nazirliyinin rəsmi saytına daxil olmalıdırlar. Xidmətin tətbiqinə bu yaxınlarda başlanılıb.

Bu xidmətin tətbiqi elektron hökumətin qurulması istiqamətində atılan addımlardan biridir.

Xəbər lenti

Xəbər lenti