...

Azərbaycanda piyadaların yol hərəkəti qaydalarını pozmasına görə cərimənin məbləği iki dəfə artırılır

Cəmiyyət Materials 1 İyun 2012 10:30 (UTC +04:00)
Azərbaycanda piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği artırılacaq.
Azərbaycanda piyadaların yol hərəkəti qaydalarını pozmasına görə cərimənin məbləği iki dəfə artırılır

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimənin məbləği artırılacaq.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunacaq.

Dəyişikliyə görə, yolun hərəkət hissəsini, dəmir yol keçidini müəyyən olunmayan yerdən keçən piyadalar 20 manat məbləğində cərimələnəcəklər. Hazırkı qanunvericiliyə görə, bu inzibati pozuntuya görə cərimə 10 manat məbləğindədir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti