...

Azərbaycanda məişət tullantılarının kənar yerlərə atılmasına görə cərimə tətbiq olunacaq

Cəmiyyət Materials 1 İyun 2012 10:40 (UTC +04:00)
Məişət tullantılarının kənar yerlərə atılmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər inzibati qaydada cəzalandırılacaqlar.
Azərbaycanda məişət tullantılarının kənar yerlərə atılmasına görə cərimə tətbiq olunacaq

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Məişət tullantılarının kənar yerlərə atılmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər inzibati qaydada cəzalandırılacaqlar.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunacaq.

Belə ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat miqdarında cərimələnəcəklər.

Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500, hüquqi şəxslər 1000 manat miqdarında cərimələnəcəklər.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti