...

Azərbaycanda informasiyanın əldə olunmasına icazə verilən şərtlər müəyyən olunur

Cəmiyyət Materials 1 İyun 2012 10:48 (UTC +04:00)
Milli Məclisdən Trend-ə verilən məlumata görə, “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklərdə həmin şərtlər müəyyən edilir.
Azərbaycanda informasiyanın əldə olunmasına icazə verilən şərtlər müəyyən olunur

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda informasiyanın əldə olunmasına icazə verilən şərtlər müəyyən olunur.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, "İnformasiya əldə etmək haqqında" qanuna dəyişikliklərdə həmin şərtlər müəyyən edilir.

Dəyişikliklərlə bağlı qanun layihəsində qeyd olunur ki, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatım qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Xəbər lenti

Xəbər lenti