...

Azərbaycanda qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır

Cəmiyyət Materials 1 İyun 2012 12:36 (UTC +04:00)
Parlamentdə Azərbaycanda qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır.
Azərbaycanda qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Parlamentdə Azərbaycanda qanunsuz tikililərlə bağlı yeni qanun layihəsi hazırlanır.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşunun müzakirəsi zamanı MM-in şöbə müdirinin müavini Səyyad Kərimov bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin istər birgə komitələrin, istərsə də parlamentin plenar iclasında birinci oxunuşda müzakirəsi zamanı qanunsuz tikililərin sənədləşdirilməsi məsələsi daha çox müzakirə obyekti olub.

"Lakin qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı məsələ Tikinti və Şəhərsalma Məcəlləsinin predmeti deyil. Bu məsələ ilə bağlı dövlət başçısının da tapşırığı var və o, hökumətin də nəzarətindədir. Bu baxımdan, şöbəmiz, həmçinin Tikinti və Şəhərsalma Məcəlləsinin hazırlanması ilə məşğul olan işçi qrupu belə bir qərara gəlib ki, bu yöndə ayrıca bir qanun layihəsi hazırlansın. Hələlik bununla bağlı müəyyən müzakirələr getdiyi üçün onu gündəliyə təqdim edə bilmirik", - o deyib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tikinti və Şəhərsalma Məcəlləsinin ikinci oxunuşu ilə bağlı bildirib ki, bu sənədin birinci oxunuşundan sonra geniş ictimai müzakirələr keçirilib.

Müzakirələrdən sonra Şəhərsalma və Tikinti Məcəlləsinin yenilənmiş variantı ikinci oxunuşda müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti