...

Bakının Babək prospektinin müəyyən hissəsi daralıb

Cəmiyyət Materials 1 İyun 2012 13:57 (UTC +04:00)
Bakının böyük prospektlərindən birinin müəyyən hissəsi kommunikasiya xətlərinin çəkilməsi ilə əlqədar daralıb.
Bakının Babək prospektinin müəyyən hissəsi daralıb

Azərbaycan, Bakı, 1 iyun / Trend müxbir K.Zərbalıyeva/

Bakının böyük prospektlərindən birinin müəyyən hissəsi kommunikasiya xətlərinin çəkilməsi ilə əlqədar daralıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, Babək prospektinin Keşlə qəsəbəsinin girişi ilə kəsişən hissəsində dünəndən yol daralıb.

Həmin ərazidə kommunikasiya xətləri çəkilir.

Yolda daralma olduğundan nəqliyyatın sıxlığı yaranıb.

İdarə sürücülərə həmin istiqamətdə alternativ yollardan istifadə etməyi tövsiyyə edir.

Xəbər lenti

Xəbər lenti