...

Azərbaycana Yaponiya və Koreyadan gələn turistlərin sayı artıb

Cəmiyyət Materials 1 İyun 2012 16:33 (UTC +04:00)
Azərbaycana Asiya, xüsusilə də Yaponiya və Koreyadan gələn turistlərin sayı artıb. Bunu cümə günü Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Azərbaycana Yaponiya və Koreyadan gələn turistlərin sayı artıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycana Asiya, xüsusilə də Yaponiya və Koreyadan gələn turistlərin sayı artıb. Bunu cümə günü Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, son illərdə həmin ölkələrin turistlərinin Azərbaycana göstərdikləri maraq artıb və bu artım hələ də davam etməkdədir.

Assosiasiya sədri bildirib ki, Azərbaycana turistlər əsasən Rusiya, Türkiyə və Avropa ölkələrindən gəlir.

Bağırov ötən illərdə olduğu kimi, bu ilin yay aylarında da Azərbaycanın əsasən bu ölkələrdən turist qəbul edəcəyini söyləyib.

BMT-nin İnkişaf Proqramının Turizmin İnkişafı Layihəsinin milli əlaqələndiricisi Faiq Qürbətov isə Trend-ə deyib ki, Azərbaycana turistlər daha çox Gürcüstan, Rusiya, Türkiyə və İrandan gəldiyi üçün sərhəd turizminin inkişafı lazımdır. Bunun üçün isə sərhəd rayonlarda infrastrukturun daha da təkmilləşdirilməsi yaxşı olar. Azərbaycana gələn turistlərin əsas xərcləri hotel və yemək xərclərinə sərf olunur.

Mədəniyyət və Turizm Nazirliyindən isə Trend-ə bildirilib ki, son 10 ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2 dəfədən çox artıb. 2001-ci ildə Azərbaycana gələn xarici vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə onların sayı 1 milyon 177 min, 2010-cu ildə isə 1 milyon 963 min nəfərə yüksəlib.

Xəbər lenti

Xəbər lenti