...

Azərbaycanda uşaqların asudə vaxtı necə təşkil olunur?

Cəmiyyət Materials 1 İyun 2012 17:08 (UTC +04:00)
Azərbaycanda uşaq hüquqlarını əhatə edən təxminən 20-yə yaxın qanun var, bütövlükdə götürdükdə isə 40-a yaxın qanunun müddəaları uşaqların istirahəti, müalicəsi, təhsili və idmanını əhatə edir.
Azərbaycanda uşaqların asudə vaxtı necə təşkil olunur?

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda uşaq hüquqlarını əhatə edən təxminən 20-yə yaxın qanun var, bütövlükdə götürdükdə isə 40-a yaxın qanunun müddəaları uşaqların istirahəti, müalicəsi, təhsili və idmanını əhatə edir. Bu barədə cümə günü Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, ölkədə uşaqların asudə vaxtı rayon icra hakimiyyətləri səviyyəsində təşkil olunur.

"Artıq bütün yaşayış məntəqələrində uşaqların asudə vaxtının keçirilməsi üçün qurğular quraşdırılır, onların oynaması üçün şərait yaradılır. Uşaqların dərsdən sonra müəyyən məşğələlərə cəlb olunması üçün idman, musiqi, həmçinin peşə yönümlü dərnəklər hər bir rayonda fəaliyyət göstərir", - Quliyev deyib.

Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin nəzdində olan Gənclər evlərində gənc və yeniyetmələrin həm idmanla, həm də elmlə məşğul olması üçün mərkəzlər var.

Komitə sədrinin müavini həmçinin qeyd edib ki, Heydər Əliyev mərkəzlərində xüsusi bölmələr var ki, orada uşaqların incəsənətlə, kompüterlə məşğul olması üçün hər cür şərait mövcuddur.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Xəbər lenti

Xəbər lenti