...

"Fövqəladə hallar uşaqların gözü ilə" II ümumrespublika sərgisi açılıb

Cəmiyyət Materials 1 İyun 2012 17:08 (UTC +04:00)
Bakıda Muzey Mərkəzində cümə günü Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə "Fövqəladə hallar uşaqların gözü ilə" II ümumrespublika sərgisi açılıb.
"Fövqəladə hallar uşaqların gözü ilə" II ümumrespublika sərgisi açılıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda Muzey Mərkəzində cümə günü Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə "Fövqəladə hallar uşaqların gözü ilə" II ümumrespublika sərgisi açılıb.

Trend-in məlumatına görə, sərginin açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Qulu Novruzov və başqaları iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsi, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi və istedadlı uşaqların üzə çıxarılmasından ibarətdir.

Müsabiqədə bütün şəhər və rayonların ümumtəhsil müəssisələrinin şagirdlərinin əl işləri nümayiş etdirilib.

Müsabiqənin təşkilat komitəsinə 355 rəsm, 218 plakat, 146 əl işi, 117 model və 82 yumşaq oyuncaq təqdim olunub. Münsiflər heyəti iştirakçılardan 20 nəfəri birinci, 23 nəfəri ikinci, 27 nəfəri üçüncü yerə, 12 nəfəri isə həvəsləndirici mükafata layiq görüb. Qaliblər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Müsabiqəyə rəsm, plakat, əl işi, yumşaq oyuncaq, yanğın qəza-xilasetmə texnikasının modeli nominasiyaları üzrə işlər təqdim olunub.

Xəbər lenti

Xəbər lenti