...

Ombudsman Bakıda yekun ictimai dinləmə keçirib

Cəmiyyət Materials 1 İyun 2012 19:56 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova yekun ictimai dinləmə keçirib.
Ombudsman Bakıda yekun ictimai dinləmə keçirib

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova yekun ictimai dinləmə keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Bakıda təşkil olunmuş yekun ictimai dinləmədə Milli Məclisin deputatları Musa Qasımlı və Fazil Mustafa, Bakının 11 rayonunun, habelə Sumqayıt şəhəri və Abşeron rayonunun icra hakimiyyətlərinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, dairə seçki komissiyalarının, qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri iştirak edinlər.

Süleymanova ölkəmizin sosial-iqtisadi inkişafının yüksək templə davam etdiyini, qısa müddətdə ümumdaxili məhsulun üç dəfə, büdcə xərclərinin isə 20 dəfə artdığını, yoxsulluq səviyyəsinin 50 faizdən 7,6 faizə endirildiyini, bir milyondan çox iş yerinin açıldığını diqqətə çatdırıb. Müvəkkil ölkəmizin insan hüquqları sahəsində də islahatlar məkanına çevrildiyini, humanizm siyasətinin davam etdirilərək qanunların və cəzaların liberallaşdırıldığını, 9 amnistiya aktının qəbul olunduğunu və 51 əfv fərmanının imzalandığını bildirib.

Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması məqsədilə Milli Fəaliyyət Proqramının icrası ilə bağlı respublikanın şəhər və rayonlarının müvafiq qurumlarında tədbirlər planının hazırlandığını və həyata keçirilməkdə olduğunu söyləyib.

İnteraktiv müzakirələr nəticəsində uğurlarla yanaşı, bəzi çatışmazlıqlar da səsləndirilib. Belə ki, övladlığa verilmiş uşaqların sosial vəziyyəti, icra hakimiyyətlərinin, yetkinlik yaşına çatmayan uşaqlarla iş üzrə komissiyaların, habelə himayəçilik şurasının əsasnamələrinin və fəaliyyətinin müasir şəraitə, qanunvericiliyə uyğun təkmilləşdirilməsi, analıq məzuniyyəti, seçki siyahılarının təkmilləşdirilməsi, miqrasiya məsələləri, bəzi bələdiyyələrin işinin lazımi səviyyədə qurulmaması, boşanmaların sayının artması, alimentlərin məbləğinə və təmin olunması qaydalarına yenidən baxılması, boşanmalar zamanı uşaqların qisas alətinə çevrilməsi, ipoteka yolu ilə mənzillərin verilməsi qaydaları, sakinlərin yaşayış yerlərində qeydiyyata alınması, telekanallarda zorakılığı və qəddarlığı təbliğ edən verilişlərin, filmlərin nümayiş etdirilməsi, uşaq əməyinin istismarı, ünvanlı sosial yardımla bağlı müvafiq təlimatların təkmilləşdirilməsi, qeyri-qanuni nikahdan doğulmuş uşaqlara doğum şəhadətnamələrinin verilməsi, insanların öz hüquqlarını kifayət qədər bilməməsi, vətəndaşlar tərəfindən öz evlərinin təbii fəlakətlərdən və qəza hallarından sığortalanmaması, yerlərdə əlillər üçün infrastrukturun yaradılmaması və digər məsələlər nəzərə çatdırılıb.

Ombudsman bu problemləri diqqətdə saxlayacağını bildirib, səlahiyyətləri çərçivəsində tədbirlər görəcəyini və müvafiq səlahiyyətli dövlət orqanlarına müraciət edəcəyini bildirib.

Müvəkkil artıq ölkənin 56 şəhər və rayonunu əhatə etməklə interaktiv müzakirələr tərzində beş regional ictimai dinləmənin keçirildiyini və ölkə əhalisinin bu proqramı dəstəklədiyini və qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə və həyata keçirilməsinə böyük ictimai fəallıqla qatıldığını diqqətə çatdırıb.

Tədbirdə QHT-lərin, bələdiyyələrin, icmaların səylərinin birləşdirilməsinin, vətəndaşların problemlərinə həssas yanaşılmasının, Mənzil Məcəlləsinin və icra mexanizmlərinin təkmilləşdirilməsinin, vətəndaşların öz mənzillərinə qeydiyyata alınması və orderlərin verilməsinin, əhalinin bütün qruplarının, o cümlədən qadınların, uşaqların, ahılların, əlillərin, hərbi qulluqçuların, məhkumların, həmçinin qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin, hər bir məsələyə konkret münasibətin, uşaqların asudə vaxtının təşkilinin, onlara psixoloji dəstək verilməsinin, fiziki inkişafının, sağlam həyat tərzinin təbliğinin, bələdiyyələrin fəaliyyətinin daha da təkmilləşdirilməsinin, QHT-lərə dəstəyin, bu qurumların sayının və fəallığının artırılmasının, əhali arasında hüquqi maarifləndirmənin genişləndirilməsinin, sosial bəla olan narkomaniya ilə mübarizənin gücləndirilməsinin zəruriliyi də vurğulanıb.

Tədbirin sonunda iştirakçılara ombudsman təsisatı tərəfindən hazırlanmış maarifləndirici vəsaitlər paylanıb.

Xəbər lenti

Xəbər lenti