...

Azərbaycanda yeni türk məscidinin tikintisi üçün texniki detallar dəqiqləşdirilir

Cəmiyyət Materials 2 İyun 2012 11:43 (UTC +04:00)
Bakıda tikiləcək türk məscidi Türkiyə-Azərbaycan, iki qardaş xalq arasında dostluğun rəmzi olacaq.
Azərbaycanda yeni türk məscidinin tikintisi üçün texniki detallar dəqiqləşdirilir

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda tikiləcək türk məscidi Türkiyə-Azərbaycan, iki qardaş xalq arasında dostluğun rəmzi olacaq. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib.

Onun sözlərinə görə, qardaşlıq məscidinin ideyası bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüdür.

"Bu məsələ Türkiyə tərəfi ilə də müzakirə edilib. Hər iki tərəfin razılığı ilə həyata keçirilən bu məsələ Türkiyə tərəfindən minnətdarlıqla qarşılanıb. Prezident İlham Əliyevin tapşırığı ilə məscidin tikintisi üçün yer ayrılıb və Azərbaycanın hesabına tikilərək Türkiyə xalqına bir hədiyyə olacaq", - İskəndərov deyib.

Komitə sədrinin sözlərinə görə, hazırda tikinti ilə bağlı texniki detalların dəqiqləşdirilməsi gedir. "Onlar başa çatdıqdan sonra məscid qısa zamanda tikilərək təhvil veriləcək", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti